"Qatarların dayanması gündəlik 2 milyard dollar itki ilə nəticələnə bilər"
Bayden ABŞ-da dəmiryol işçilərinin tətilini "qəbuledilməz" adlandırıb.ABŞ prezidenti Co Bayden ölkədə dəmiryol işçilərinin gözlənilən tətilinin Amerika iqtisadiyyatı üçün əhəmiyyətli mənfi nəticələrə səbəb ola biləcəyinə görə onu qəbuledilməz hesab edir.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Həmkarlar ittifaqları iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər. Birlik nümayəndələrinin sözlərinə görə, dəmir yolu xətlərində mövcud iş şəraiti zəhmətkeşlərin maraqlarını lazımi səviyyədə nəzərə almır.
Amerika Dəmiryolları Assosiasiyasına görə, tətilin iqtisadi təsiri bir çox amerikalı üçün geniş və dağıdıcı olacaq, çünki dəmir yolu sənayesi 1 milyondan çox işə cavabdehdir və qatarların dayanması gündəlik 2 milyard dollar itki ilə nəticələnə bilər.
“The Washington Post” qəzetinin yazdığına görə, tətil dekabrın 5-də baş verə bilər. Tətil başlayarsa kömür tədarükü təhlükə altına düşə, həmçinin bayramlar ərəfəsində sərnişin və yüklərin daşınması dayandırıla bilər. İlkin razılaşmaların rədd edilməsi, həmkarlar ittifaqları və dəmir yolu şirkətləri arasında razılaşmaya dair danışıqlarda fəal iştirak edən Ağ Evə yeni təzyiqlər yaradır. Qəzet hesab edir ki, bayramlar ərəfəsində tətil “siyasi fəlakətə gətirib çıxaracaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














