Tokioda inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb
Tokioda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) noyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb. Oktyabrda 3,4 faiz olan inflyasiyanın noyabr ayında 3,5 faiz olacağı gözlənilirdi.
Tokioda inflyasiya 1982-ci ilin aprelində 4,2 faizə yüksəlmişdi.
Enerji və təzə ərzaq qiymətləri nəzərə alınmadıqda qiymətlər (baza inflyasiya) noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb. Oktyabr ayında qiymətlər 2,2 faiz artmışdı.
Qeyd edək ki, Yaponiya iqtisadiyyatın zəifləyən yen və artan xammal qiymətləri ilə mübarizə aparır.
Şirkətlər yüksək alış xərcləri ilə üzləşdiyi üçün istehsal bahalaşır və qiymət təzyiqləri də artır. Artan inflyasiya Yaponiya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan istehlakçı inamını və xərclərini aşağı salıb.
Ölkədəki qiymət təzyiqlərinin əsas hissəsi Yaponiyanın enerji idxalının dəyərini artıran Rusiya-Ukrayna müharibəsi səbəbindən tədarük zəncirinin pozulmasından qaynaqlanan getdikcə bahalaşan əmtəə idxalı ilə bağlıdır.
Yaponiya və ABŞ faiz dərəcələri arasında genişlənən "uçurum" bir çox treyderin daha yüksək gəlirli valyutalar lehinə yen satmasına səbəb olduğu üçün yen kəskin ucuzlaşıb və bu da qiymət təzyiqlərini artırıb. Bu il yen dollar qarşısında 32 ilin ən aşağı səviyyəsini görüb.
Zəif yen və yüksək inflyasiyanın səbəb olduğu iqtisadi dağıntıya baxmayaraq, Yaponiya Mərkəzi Bankı indiyədək faiz dərəcələrini son onillikdə saxladığı ultra aşağı səviyyələrdən qaldırmaq niyyətində olduğuna dair heç bir siqnal verməyib. Bankın yumuşaq pul siyasəti mövqeyinin yaxın perspektivdə milli valyuta yeni zəif və qiymət təzyiqlərini yüksək saxlayacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 14 d. əvvəl
-
51 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















