“ASCO Rusiyada ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Rusiyanın, o cümlədən Həştərxan vilayətinin gəmiqayırma zavodlarında müxtəlif ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir.
Bunu news.ru nəşrinə müsahibəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev deyib.
"Bundan başqa, ikitərəfli səfərlər və görüşlər zamanı Bakı Gəmiqayırma Zavodu ilə Həştərxan vilayətinin tərsanələri arasında birgə inşa, montaj və ya digər əməkdaşlıq imkanları nəzərdən keçirilir. ASCO qarşılıqlı fəaliyyətin bu cür formalarında maraqlıdır, çünki bu, bizə Rusiyanın, xüsusən də Həştərxanın gəmiqayırma şirkətlərinin çoxillik təcrübəsindən yararlanmaq imkanı verir.
Biz mütəmadi olaraq Həştərxan vilayəti hökumətinin nümayəndələri ilə görüşürük, bizim Həştərxanla güclü tarixi əlaqələrimiz var. Vaxtilə xeyli sayda gəmilərimizin tikintisi bu şəhərdə yerləşən tərsanələrdə aparıldığı üçün Həştərxanın gəmiqayırma zavodları bizim üçün həmişə xüsusi rola malik olub. İndiyədək onlarla sıx əlaqələrimiz var və imkan daxilində təcrübə mübadiləsi aparmağa, əməkdaşlığın müxtəlif variantlarını və gəmiqayırma sahəsində mümkün yenilikləri müzakirə etməyə çalışırıq”, - R.Vəliyev bildirib.
Onun sözlərinə görə, ASCO-nun Müşahidə Şurası tərəfindən əvvəlcədən konseptual olaraq razılaşdırılmış strateji inkişaf proqramı çərçivəsində donanmanın yenilənməsi istiqamətində davamlı işlər aparılır və yeni gəmilərin alınması və tikintisinə investisiyalar yatırılır: “Eyni zamanda, donanmanın yenilənməsi proqramı müxtəlif tipli gəmilərin, eləcə də torpaqqazan, quru yük daşıyan və konteyner gəmilərinin tikintisini nəzərdə tutur.
O xatırladıb ki, Azərbaycanda 2013-cü ildə tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz edilmiş unikal Bakı Gəmiqayırma Zavodunda müxtəlif növ gəmilərin tikintisi aparılır.
“Buna görə də hazırda ASCO yeni gəmilərin inşası üçün sifarişləri məhz öz zavodumuza həvalə etməyə üstünlük verir”, - ASCO rəhbəri bildirib.
Xatırladaq ki, ASCO-nun tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
Nəqliyyat donanmanın tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 “Ro-Ro” tipli gəmi, 2 “Ro-Pax” tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 210 gəmidən, o cümlədən 20 kran, 25 təchizat-yedək, 26 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 7 mühəndis-geoloji, 2 dalğıc, 88 xidməti və köməkçi gəmidən ibarətdir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
11 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
30 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 43 d. əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
