Türkiyənin xarici ticarət kəsiri 422% artıb
Türkiyə Statistika Qurumunun (TÜİK) oktyabr ayı xarici ticarət məlumatlarına görə, ölkənin xarici ticarət kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 421,7% artaraq 1 milyard 509 milyon dollardan 7 milyard 874 milyon dollara yüksəlib. İxrac artımındakı yavaşlama diqqəti çəkir. 10 aylıq kəsir 91 milyard dolları keçib.2022-ci ilin oktyabr ayında Türkiyənin ixracı ötən ilin ilin eyni ayı ilə müqayisədə 3% artaraq 21 milyard 328 milyon dollara, idxal isə 31,4% artaraq 29 milyard 202 milyon dollara çatıb.
Marja xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) yaydığı məlumatda bildirilir.
Oktyabr ayında xarici ticarət kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 421,7% artaraq 7 milyard 874 milyon dollara yüksəlib. Ötən ilin Oktyabr ayında Türkiyənin xarici ticarət kəsiri 1 milyard 509 milyon dollar təşkil etmişdi. Xarici ticarət kəsirinin 8 milyard dollar olacağı gözlənilirdi. İxracın idxala nisbəti 2021-ci ilin oktyabr ayında 93,2% ikən, oktyabr ayında 73%-ə düşüb.
2022-ci ilin yanvar-oktyabr dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 209 milyard 394 milyon dollar, idxal isə 39,4 faiz artaraq 300 milyard 443 milyon dollar təşkil dib. Yanvar-oktyabr dövründə xarici ticarət kəsiri 168,3 faiz artaraq 33 milyard 933 milyon dollardan 91 milyard 49 milyon dollara yüksəlib. 2021-ci ilin yanvar-oktyabr dövründə ixracın idxala nisbəti 84,3 faiz olduğu halda, 2022-ci ilin eyni dövründə 69,7 faizə enib.
Türkiyənin ixracında Almaniya, idxalda isə Rusiya birinci yerdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
















