Tesla ilk elektrik yük avtomobilini təqdim edib - VİDEO
Tesla cümə axşamı günü ilk elektrik yük avtomobili Tesla Semi-ni təqdim edib.
Marja xəbər verir ki, təqdimat şirkətin internet saytında yayımlanıb.
Təqdimatda şirkətin təsisçisi və rəhbəri İlon Mask iştirak edib. O, şəxsən yük avtomobilinin sükanı arxasında səhnəyə çıxıb.
Şirkətin məlumatına görə, yük avtomobili bir dəfə enerji yığmaqla 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır.
Maskın sözlərinə görə, yük avtomobili “ultra sürətli enerji doldurma” ilə təchiz edilib. Onu tam doldurmaq üçün nə qədər vaxt lazım olacaq, o, dəqiqləşdirməyib.
Həmçinin Mask, avtomobilin pilotsuz idarəetmə sistemi ilə təchiz edilib-edilməyəcəyini və Tesla-nın yaxın gələcəkdə nə qədər belə traktor istehsal etmək niyyətində olduğunu qeyd etməyib.
Mask 2017-ci ildə Tesla traktorunun prototipini təqdim etmişdi.
Dekabrın 1-dən Tesla Semi-nin təhvili prosesinə də start verilib. İlk Tesla yük avtomobilləri Pepsi şirkətinə veriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























