“OPEC plus” neft ilə bağlı qərarını açıqladı
OPEC+ ölkələri oktyabrda keçirilən iclasda razılaşdırılmış neft hasilatı planını dəyişməz saxlamağa qərar veriblər ki, bu da hasilatın gündəlik 2 milyon barel azaldılmasını nəzərdə tutur.Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin (birlikdə OPEC+)onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın (hasilatın gündəlik 2 milyon barel azaldılması) qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.
Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır.
Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır.
“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn ilin 4 iyun tarixində keçirilməsi razılaşdırılıb. Lakin lazım gələrsə, alyans bazardakı vəziyyəti düzəltmək üçün növbədənkənar iclas keçirə bilər.
OPEC+un Monitorinq Komitəsinin iclası isə fevralın 1-də keçiriləcək. Monitorinq komitəsinə OPEC+ sazişində iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
49 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib

















