Yaponiya Rusiya neftinə qiymət tavanının tətbiqinin effektivliyini şübhə altına aldı
Yaponiya hökuməti Rusiya neftinin qiymətinə tavan tətbiqinin effektivliyinə əmin deyil.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
"Rusiya neftinə qiymət tavanının tətbiqi Rusiyanın gəlirlərini azaltmaq və neft bazarının sabitliyini təmin etmək məqsədi daşıyır. Mən belə bir tədbirin effektivliyi barədə əminliklə danışa bilmərəm”,- Matsuno deyib.
Dekabrın 5-də Rusiya Federasiyasından Avropa İttifaqına dəniz yolu ilə neft nəqlinə embarqo qüvvəyə minir. Üzv dövlətlər cümə günü Rusiya neftinə tavan qiymətin 1 barrel üçün 60 dollar olması barədə razılığa gəliblər. Analoji qərar G7 ölkələri və Avstraliya tərəfindən də qəbul edilib. (G7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir)
ABŞ, Avropa İttifaqı və Böyük Britaniya şirkətlərinə razılaşdırılmış səviyyədən (60 dollar) yüksək qiymətə Rusiya nefti daşıyan tankerlərə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməyi qadağan edir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak dekabrın 4-də bildirib ki, ölkə tavan qiyməti qəbul etmir - bazarın və Dünya Ticarət Təşkilatının qaydalarına zidd hesab etdiyi üçün hasilatı azaltsa belə, neftini tavan qiymərdən aşağı qiymətlər satmayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 26 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















