Avropa Birliyindən palma yağı idxalına zərbə
Avropa Komissiyası bildirib ki, meşələrin qırılması ilə əlaqəli olan palma yağının Avropa İttifaqında istifadəsi 10 il ərzində əhəmiyyətli dərəcədə azaldılacaq və bu, idxalın kəskin azalmasına gətirib çıxaracaq.Avropa Komissiyası cümə axşamı bildirib ki, Avropa İttifaqında palma yağının biodizel və qida məhsullarında istifadə üzrə payının növbəti 10 il ərzində əhəmiyyətli dərəcədə azalacağı gözlənilir ki, bu da idxalın kəskin azalmasına gətirib çıxaracaq.
Marja xəbər verir ki, Komissiya 2022-2032 Kənd Təsərrüfatı Hesabatında 2019/2021-ci illər üçün palma yağının 23 faiz olan orta nisbətinin 2032-ci ilə qədər ümumi biodizel istehsalının 9 faizini təşkil edəcəyini proqnozlaşdırıb.
Avropa ittifaqının (Aİ) bərpa olunan enerji direktivinə əsasən, 2030-cu ilə qədər meşələrin qırılmasına səbəb olan palma yağı əsaslı yanacaqlar mərhələli şəkildə ləğv ediləcək. Bu addım dünyanın iki ən böyük palma yağı istehsalçısı Malayziya və İndoneziya tərəfindən reaksiyaya səbəb olub.
Hesabata görə, qida məhsullarında bitki yağından istifadənin 2020/2022-ci il orta göstəricisi ilə müqayisədə 2,9 faiz artaraq 2032-ci ildə 10,6 milyon tona çatacağı gözlənilir.
Bununla belə, Komissiya hesab edir ki, AB-də palma və soya yağından istifadənin azaldılması səyləri müxtəlif növ bitki yağları arasında balansın əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı






















