Chevron-un rəhbəri Rusiya neftinin qiymət tavanının effektivliyinə şübhə ilə yanaşdığını bildirib
Amerikanın “Chevron” neft şirkətinin rəhbəri Maykl Virt (Michael Wirth) Qərb ölkələrinin Rusiya neftinin qiymətinə yuxarı həddi tətbiq edən hərəkətlərinin effektivliyinə şübhə etdiyini bildirib.
Marja xəbər verir ki, o, bu barədə cümə axşamı Financial Times qəzetinin təşkil etdiyi forumda çıxışı zamanı danışıb.
"Yalnız bir neçə ölkənin tətbiq etdiyi inzibati mexanizm vasitəsilə mürəkkəb qlobal bazarı cilovlamaq olduqca çətindir", -Virt deyib .
O, həmçinin əlavə edib ki, hazırda tətbiq edilən qaydalara əməl edilməsinin necə təmin ediləcəyi tam aydın deyil.
“Reallıq ondan ibarətdir ki, bu bazarlarda sanksiya rejimləri tarixən sistemdən yan keçənlər üçün böyük qazanc əldə etmək imkanları yaradıb və beləliklə, arzulanan geosiyasi məqsədlərə çox vaxt nail olunmur”, - deyə Virt bildirib.
Dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqına (Aİ) dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Həmçinin, Aİ ölkələri dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin maksimum 60 dollar səviyyəsində tənzimlənən "tavan qiyməti" barədə razılığa gəliblər. Analoji qərar G7 dövlətləri və Avstraliya tərəfindən də qəbul edilib. Bundan başqa, Qərb ölkələri öz şirkətlərinə Rusiyadan neft daşıyan tankerlərə razılaşdırılmış qiymətdən yüksək qiymətə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsinə qadağa qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















