Azərbaycanda 301,5 min nəfərin işsiz olduğu bildirilir
2022-ci il dekabrın 1-i vəziyyətinə, ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 356,1 min nəfər olmuş, onlardan 5 milyon 54,6 min nəfərini məşğul, 301,5 min nəfərini işsiz əhali təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Azərbaycanda işsizlik səviyyəsi 5,63% olub.
Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 729,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 900,4 min nəfər, qeyri-dövlət sektorunda isə 828,9 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 697,6 min nəfər çalışmışdır.
Xatırladaq ki, 2021-ci il dekabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 302,4 min nəfər olmuş, onlardan 4 milyon 986,6 min nəfərini məşğul, 315,8 min nəfərini işsiz əhali təşkil etmişdi. Azərbaycanda işsizlik səviyyəsi 5,95% olmuşdu.
İqtisadi fəal əhali – məşğul və işsiz əhalinin ümumi sayıdır.
İqtisadi qeyri-fəal əhali – məşğul olmayan, müəyyən dövr ərzində iş axtarmayan və işə başlamağa hazır olmayan 15 və yuxarı yaşda olan şəxslərdir.
Məşğul əhali - Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.
İşsiz əhali – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir. Bu şəxslər, milli qanunvericiliyə uyğun olaraq işsiz statusu almaq hüququna malikdir.
İşsizliyin səviyyəsi – işsizlərin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















