Azərbaycan və Rusiya ticarət dövriyyəsini təxminən 23 faiz artırıb
11 ayın yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra 3-cü yerdə qərarlaşıb.2022-ci ilin 11 ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,9 faiz çoxdur.
Marja xəbər verir ki, bu barədə cümə günü Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Komitənin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 859,3 milyon dollar (ötən illə müqayisədə 7,1 faiz çox), Rusiyadan idxalı isə 2 milyard 405 milyon dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz çox) olub.
11 ayın yekunlarına əsasən, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra 3-cü yeri tutub. Bu dövrdə Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 6,63%-ni təşkil etmişdir.
2021-ci ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artaraq 2,99 milyard dollara çatıb. Keçən il Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 faizini təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 12 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















