EBRD uzun fasilədən sonra ölkəmizdə böyük zəmanət tranzaksiyasını Bank Respublika ilə reallaşdırıb
Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu ilin sentyabrında iki qurum arasında aktivləşdirilmiş Ticarətin Maliyyələşdirilməsi Zəmanəti çərçivəsində ilk əməliyyatı başa çatdırıb.
Marja.az xəbər verir ki, bu barədə “Bank Respublika” məlumat yayıb.
Müqaviləni EBRD-nin prezidenti Odil Renaud-Basso və “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
Əməliyyat EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) zəmanəti ilə əhatə olunub və bu zəmanətə əsasən, Bank Respublika və Raiffeisen Bank International Austria, “Azərbaycan İcbari Sığorta Bürosu” ilə Belçikanın “Council of Bureaux” arasında sazişi dəstəkləyiblər.
Əlamətdar sazişi şərh edən EBRD-nin Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib: “EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramının 5 illik fasilədən sonra Azərbaycana qayıtması və Azərbaycandakı partnyorumuz olan Bank Respublika ilə bu sahədə ilk tranzaksiyanı həyata keçirilməsindən çox şadam. Razılaşma son 10 ilin ən böyük sazişlərindən biridir və çox güclü iqtisadi inkişafdan xəbər verir. İnanırıq ki, bu, yaxın aylarda Azərbaycan biznesini beynəlxalq bazarlara daha da inteqrasiya edən çoxsaylı əməliyyatlardan biri olacaq”.
“Bu müqavilənin bağlanması “Bank Respublika”nın Azərbaycanın real sektoruna dəstək strategiyasında növbəti addımdır və müştərilərimizin ixrac-idxal əməliyyatlarının həcminin artırılmasına kömək edəcək. Bankımızın ticarətin maliyyələşdirilməsi sahəsində əsas üstünlükləri çevik əməkdaşlıq şərtləri, hər bir müştərinin ehtiyaclarına və hər bir əməliyyata yüksək ixtisaslı əməkdaşlarımız tərəfindən fərdi yanaşmasıdır. Biz əminik ki, məhz bu amillər müştərilərimizə yüksək səviyyədə xidmət göstərməyimizə, eləcə də EBRD kimi mötəbər təşkilatlar tərəfindən tanınmağımıza kömək edir”, - “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Ticarətin Maliyyələşdirilməsi Proqramı EBRD-nin əhətə etdiyi regionlarında xarici və daxili ticarəti təşviq etmək məqsədi daşıyır, zəmanətlər və ticarətlə bağlı nağd avanslar daxil olmaqla, bu ticarəti asanlaşdırmaq üçün bir sıra məhsullar təklif edir. Proqram yerli bankların ticarətin maliyyələşdirilməsi imkanlarını artırır və bu banklar vasitəsilə sahibkarlara regionlarımızda idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edir.
Bu il Bank Respublika və EBRD Azərbaycanda olan uğurlu əməkdaşlıqlarının 30 illiyini qeyd edir. Bank Respublika Azərbaycanın aparıcı banklarından biridir və EBRD -nin çoxdankı tərəfdaşıdır. Onun əsas strateji hədəfləri kiçik və orta sahibkarlıq və mikromaliyyədir.
EBRD Azərbaycanda aparıcı institusional investordur və burada təşkilat maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və bu investisiyaların böyük hissəsi özəl müəssisələrə yönəlib. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft özəl sektorunun inkişafına kömək etmək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
2 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























