“Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkında olub
Dekabrın 23-də Özbəkistanın “Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Yevgeni Korjikov ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüşdə sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.
“Uzkimyosanoat” SC-nin tərkibində fəaliyyət göstərən şirkətlərin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları, birgə layihələrin həyata keçirilməsi və digər əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda qonaq Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin fəaliyyəti ilə tanış olub.
Qeyd edək ki, “Uzkimyosanoat” SC 12 sənaye müəssisəsini, kənd təsərrüfatı sektoruna kimya məhsulları satan 13 regional distribütor təşkilatı, layihə və elmi-tədqiqat müəssisələrini özündə birləşdirir. Şirətin tərkibində fəaliyyət göstərən sənaye müəssisələrində 170-dən çox kimyəvi maddə istehsal olunur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















