CASCA+ marşrutu ilə Özbəkistandan Avropaya gedən ilk konteyner qatarı Bakıya çatıb
“Asiya-Sakit okean regionu ölkələri - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan CASCA+ multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.
Azərbaycan Dəmir Yollarının yaydığı məlumatda bildirilir ki, konteynerlər Türkmənbaşı limanından Bakı limanına operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” olan “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.
Qeyd edilib ki, konteyner qatarı uzunluğu 4000 km-dən çox olan "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu üzrə hərəkət edəcək.
Mis konsentrantı ilə yüklənmiş qatar Bakıdan Bolqarıstanın Burqas limanına göndəriləcək. Blok qatar hər biri 20 futluq olmaqla 91 konteynerdən ibarətdir.
Məlumatda bildirilir ki, layihə marşrutun operatorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan), TULM ASC (Türkmənistan), “ADY Konteyner” MMC (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 29 d. əvvəl
-
50 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 57 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA


















