“AzInTelecom”a məxsus “Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə hazırlanan Vahid Elektron Xidmətlər Portalında yeni xidmət istifadəyə verilib.
“AzInTelecom” MMC-nin telekommunikasiya vasitələri və qurğularının (TVQ) sertifikatlaşdırılması məqsədilə təqdim etdiyi “Uyğunluq sertifikatının verilməsi” xidməti tam rəqəmsallaşdırılıb və Vahid Elektron Xidmətlər Portalı üzərindən istifadəyə verilib.
Bu günədək vətəndaşlar TVQ-lərin uyğunluq sertifikatını əldə etmək üçün zəruri sənədləri kağız daşıyıcıda təqdim etməli idilər. İndi isə istifadəçilər portala daxil olaraq daha sürətli formada müraciət edə bilərlər.
Xidmətin rəqəmsallaşdırılması onun əldə edilməsini daha əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı da minimuma endirir. Bu xidmətdən istifadə üçün portalda elektron qeydiyyat tələb olunmur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif internet resursları üzərindən vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlər indi vahid portalda toplanılır. 21 xidmət artıq portala inteqrasiya edilib.
Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər.
Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















