Norm Sement-in məhsullarının keyfiyyətinə laboratoriya təminat verir - FOTO
Norm Sement zavodunda ən yüksək standartların tələblərinə cavab verən beton laboratoriyası yaradılıb və müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada proseslər tam avtomatlaşdırılıb və insan müdaxiləsi minimuma endirilib.
Laboratoriya keyfiyyətli və standartlara uyğun inşaat materiallarının istifadəsi, hazır beton istehsalı və sınaqların həyata keçirilməsi üçün tam həcmdə xidmət göstərmək imkanına malikdir.
Beton laboratoriyasında PANalytical (Niderland), Elba-Werk (Almaniya), Micromeritics (ABŞ), FormTest (Almaniya) kimi dünya şöhrətli şirkətlərin istehsalı olan avadanlıqlar, rentgen və mütləq sıxlıq analizatorları, sınaq qurğuları, beton qarışdırma cihazları quraşdırılıb.
Laboratoriyada betonun tərkib elementlərinin ağırlığı, suyu özünə çəkmə xassələrini müəyyən etmək üçün sınaqlar aparılır, beton qarışığının komponentlərinin nisbəti, axıcılığı və sıxlığı tədqiq olunur, betonun həcmi çəkisi, su hopma dərəcəsi, kirlilik və nəmlik faizi, ələk analizi vasitəsilə fraksiya təyini üçün təhlilər aparılır, kub və silindr qəliblər vasitəsilə nümunələr hazırlanaraq 2,7 və 28 günlük möhkəmlik həddi təyin edilir.
Eyni zamanda, hər gün istehsal olunan və satılan sement məhsullarının sement məhlulunda və betondakı davranışı tədqiq edilir.
Laboratoriyada görülən işlərin yüksək keyfiyyət standartlarına cavab verməsi üçün bu sahədə peşəkar təcrübəyə malik yerli və xarici keyfiyyət institutları ilə sıx əməkdaşlıq edilir.
Habelə, beton laboratoriyasında müştərilərin tələbinə görə beton nümunələr hazırlanır və bu nümunələr üzərində müxəlif keyfiyyətə nəzarət sınaqları həyata keçirilir.
Laboratoriyada yaradılmış imkanlar yüksək keyfiyyətli Norm məhsullarının istehsalına zəmanət verir.
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.
Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.
Daha ətraflı məlumatı saytımızdan və facebook səhifəmizdən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























