Bakı Fond Birjasında biznes proseslərin avtomatlaşdırılması uğurla tətbiq edilir

İxtiyari müəssisənin sabit inkişafla fəaliyyət göstərməsini şərtləndirən əsas amillərdən biri də təşkilati və iqtisadi idarəetmə prosedurlarının təkmilləşdirilməsidir. Sözsüz ki, belə mühüm məsələ aparıcı avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Müasir kompüter sistemləri əsasında ERP (Enterprise Resource Planning – müəssisənin resurslarının planlaşdırılması) sistemləri qurulmuşdur ki, bu da çoxlu mürəkkəb biznes proseslərdən ibarət olan böyük müəssisələrin iqtisadi göstəricilərini idarəetməyə imkan verir. ERP sistemlərin imkan verdiyi üstünlüklərdən biri də müasir informasiya çoxluğu şəraitində böyük verilənlər (Big Data) üzərində çevik təhlil əməliyyatlarının qısa zaman içərisində apara bilməkdir.
Hər hansı biznes prosesin idarəedilməsi dedikdə mükəmməl sənədləşmə sisteminin mövcudluğu kimi başa düşülür. Bu mənada ixtiyari biznes proses və sənəd dövriyyəsi arasında sıx bağlılıq var. Gəlin, biznes proses və sənəd dövriyyəsi anlayışlarının bağlılığını araşdırmağa çalışaq.
Biznes proses - istehlakçı üçün yaradılan xidmət və ya məhsulun yaradılmasına yönəlikqarşılıqlı əlaqəli tədbirlər və fəaliyyət növüdür.
Artıq qeyd etdiyimiz kimi biznes proses çərçivəsində əməliyyatların sonrakı təhlilini aparmaq məqsədilə sənədləşdirilməaparılmalıdır və bu baxımdanproseslərin nəticələri və onlar haqqında qeydlər yaranmış elektron sənədlərdə əks olunmaya bilməz. Ona görə də, proseslərin avtomalaşdırmasınıqarşısına məqsəd qoyan müəssisə sənəd dövriyyəsi və biznes proseslərin idarəedilməsinin sıx inteqrasiyasınıaparmalıdır. Belə bir mürəkkəb sistemi isə ERP sisteminin tətbiqindən kənar qurmaq mümkün deyil. Cünki, hər bir sistemin özündə qərar qəbul etməyə sərf edilən zaman itkiləri və bir neçə instansiyalardan asılılıq parametrləri bəzən bürokratik əngəllər yaradır ki, bu da biznes prosesin effektivliyini aşağı salır. Kağız daşıyıcı üzərindən idarə olunan sənəd dövriyyəsində məsul şəxsin və ya icraçının məhz fiziki olaraq iş yerində olması mütləqdir. Elektron sistemdə isə bu məhdudiyyətlər aradan qaldırılır, çünki elektron olaraq ixtiyari coğrafi məkandan təsdiq etmək və ya icraata götürmək imkanları mövcuddur. Bu sözsüz ki, bürokratik əngəlləri də aradan qaldıran faktordur.
ERP sistemlərdə biznes proseslərin səmərəli idarəolunması məqsədilə elektron sənəd dövriyyəsinin əsas principləri aşağıdakılardan ibarətdir:
-Sistemdə sənədlərin unikal identifikasiyası üçün qeydiyyatı;
-Sənədlərin hərəkətinin azalması və onların icrasının səmərəliliyinin artırılması üçün əməliyyatların paralel yerinə yetirilmə mümkünlüyü;
-Sənədin ixtiyari zaman dövründə icrasına məsul şəxsi identifikasiya edən sənəd hərəkərinin davamlılığı;
-Sənədlərin təkrarlanmamasına imkan yaradan yeganə məlumat bazasının yaradılması;
-Sənəd haqda minimal məlumata malik olduqda onun tapilmasına imkan verən effektiv sənəd axtarışı sisteminin təşkili;
-Sənəd dövriyyəsinin hərəkətinə nəzarət etməyə imkan verən, sənədlərin müxtəlif statuslarının və icra səviyyəsinə görə statusların hesabatlılıq sisteminin inkişafı.
Müəssisənin fəaliyyət sahəsindən asılı olaraq ERP sistemlərində əhatə sferası müxtəlif olur.
Məsələn, əsasən korporativ xidmət sektorunda fəaliyyət göstərən biznes vahidlərində bu sistemlərin funksiyaları aşağıdakılardan ibarət olur:
-Biznes proseslərin elektronlaşdırılması;
-Fəaliyyətin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi;
-Şirkət daxili vahid elektron məlumat bazasının yaradılması;
-Sənədlərin qeydiyyatı və ümumi sənəd axınına birləşmə;
-Sənəd dövriyyəsinin marşrutlaşdırılması;
-Məsul, qərar verən və icraçı şəxslərin təyini;
-Biznes proseslərin icrasına nəzarət;
-Hesabatlılıq və iş təhlilinin yaradılması.
Bütün bunlar elektron idarəetmə sistemlərinin əsas komponentləridir.Çünki artıq qeyd olunduğu kimi korporativ xidmət sektorunda fəaliyyət göstərən biznes prosesin əsasını informasiya axını təşkil edir.
Azərbaycan iqtisadiyyatının digər sahələri kimi qiymətli kağızlar bazarı da müasir tendensiya və cağırışlara uyğun olaraq inkişaf etməkdədir. Bu baxımdan Bakı Fond Birjası bu sahədə aparıcı təcrübəni mənimsəyərək bu platformada qabaqcıl texnologiya və metodologiyanı tətbiq edir.“Bakı Fond Birjası” QSC-nin fəaliyyətində risklərin idarə olunması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi, biznes proseslərin optimallaşdırılması məqsədi ilə müəssisə daxilində olan biznes proseslərin avtomatlaşdırılması həyata keçirilir.
“Bakı Fond Birjası” QSC
İdarə Heyəti sədrinin
Daxili Nəzarət üzrə müşaviri
Kəmalə Məmmədzadə
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 18 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
23 d. əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
35 d. əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
2 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
2 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
