AZAL Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirəcək
Uçuş proqramının inkişafı çərçivəsində 2023-cü ilin mart ayında “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə - Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.
Şirkətin yaydığı məlumatda bildirilir ki, 17 martdan etibarən AZAL həftədə iki reys tezliyi ilə - çərşənbə axşamı və cümə günləri Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməyi nəzərdə tutur.
Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcəkdir.
Qeyd edək ki, hal-hazırda AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























