LG Türkiyədə akkumulyator zavodunun tikintisi layihəsində iştirak etmək üçün danışıqlar aparır
Məlumata görə, şirkət yaxın həftələrdə layihənin digər iki iştirakçısı - Ford Motor və Koc Holding ilə anlaşma memorandumu imzalaya bilər.
Cənubi Koreyanın "LG Energy Solution" şirkəti Türkiyədə elektromobillər üçün akkumulyatorların istehsalı zavodunun tikintisi layihəsində iştirakla bağlı danışıqlar aparır.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar uğurlu olarsa, şirkət yaxın həftələrdə layihənin digər iki iştirakçısı - Amerikanın "Ford Motor" və Türkiyənin "Koç Holdinq"i ilə anlaşma memorandumu imzalayacaq.
Əvvəlcə “Ford Motor” və “Koç Holdinq” digər Cənubi Koreya istehsalçısı olan “SK On” şirkəti ilə birgə layihəni həyata keçirmək barədə razılığa gəliblər. Bazar ertəsi "Korea Economic Daily" nəşri "SK On"un gələcək sərmayəsi 3,2 milyard dollar nəzərdə tutulan layihədən çəkiləcəyini bildirib. Qərara səbəb kreditlərin yüksək faiz dərəcələri olub, bu da investisiyaların cəlb edilməsini çətinləşdirir. Həmçinin Avropada elektrik enerjisi qiymətlərinin artması səbəbindən elektrik avtomobillərinə tələbin azalacağı proqnozlaşdırılır.
Zavod Ankara yaxınlığında tikilməlidir. İlkin planlara görə istehsalın 2025-ci ildə başlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 d. əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 d. əvvəl
- 17 d. əvvəl
- 46 d. əvvəl
-
49 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
54 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
1 saat əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
2 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
