“Avrora Qrup”a yeni baş direktor təyin edilib
“Avrora Qrup”da yeni təyinat olub.
Marja.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Yusubov şirkətin baş direktoru təyin edilib.
Ceyhun Yusubov bundan sonra şirkətdə Biznes və İnvestisiya Layihələri direktorluğu, Risklərin İdarə Olunması direktorluğu və Əməliyyatlar direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, C.Yusubov bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin strateji məsələlər üzrə köməkçisi vəzifəsini daşıyırdı.
Ceyhun Yusubov bundan öncə Gilan Holdinqdə və Veysəloğlu Şirkətlər Qrupunda çalışıb. Təhsilini Türkiyədə başa vurub. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.
Xəbər verdiyimiz kimi, Elmir Ağayev və Sərxan Rəhimli də şirkətin baş direktorları təyin ediliblər.
Sərxan Rəhimli isə şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Elmir Ağayev isə şirkətdə Tədarük Zənciri direktorluğu, İstehsalat direktorluğu və Satış direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
HƏMÇİNİN OXU: “Avrora Qrup”a daha bir baş direktor təyin edilib
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)







