Samsung Nokia ilə yeni 5G patent müqaviləsi imzaladı
Samsung, 5G patentlərindən istifadə etməyə davam etmək üçün Nokia ilə yeni müqavilə imzalayıb.
Cənubi Koreyanın “Samsung” şirkəti Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” ilə, 5G və digər texnologiyalar sahəsində patentlərdən istifadəyə dair razılığa gəlib, müqavilənin dəyəri açıqlanmayıb.
Marja xəbər verir ki, müqavilənin bir neçə il müddətinə qüvvədə olacağı qeyd edilib.
Samsung-un Finlandiya şirkəti ilə ilk 5G müqaviləsi ötən ilin sonunda başa çatıb.
"Nokia-nın 5G və digər texnologiyalarda fundamental ixtiralarını əhatə edən müqaviləyə əsasən, Samsung 2023-cü il yanvarın 1-dən etibarən bir neçə il ərzində Nokia-ya ödənişlər edəcək. Müqavilənin şərtləri tərəflər arasında məxfi olaraq qalır", - deyə məlumatda bildirilir.
Nokia-nın patent portfeli şirkətin 2000-ci ildən bəri yatırdığı 130 milyard avrodan çox tədqiqat və inkişaf investisiyalarına əsaslanır. Finlandiya mətbuatı qeyd edir ki, Çinin mobil telefon istehsalçıları Oppo, One Plus, Realme və Vivo Nokia ilə lisenziya müqavilələrini yeniləməyiblər və şirkət onları məhkəməyə verib.
Nokia-nın yanvarın 26-da rüblük maliyyə hesabatını açıqlayacağı gözlənilir.
Nokia Corporation mobil, stasionar, genişzolaqlı və İP şəbəkələri üçün telekommunikasiya avadanlığı şirkətidir. Qərargahı Finlandiyanın Espoo şəhərində yerləşir. 2021-ci ildə əməliyyat mənfəəti 2,158 milyard avro olub. Şirkət dünyanın təxminən 130 ölkəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 28 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
31 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
36 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
55 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
2 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
