Coca-Cola Bakı Dövlət Universiteti ilə tərəfdaşlıq memorandumu imzaladı
(®) Coca-Cola İçecek-in (CCI) 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinə uyğun olaraq Coca-Cola Azərbaycan Bakı Dövlət Universiteti (BDU) ilə tərəfdaşlıq memorandumu imzalayıb.
Universitet tələbələrinin yerli və beynəlxalq tədbirlərdə iştirak miqyasını genişləndirməyi nəzərdə tutan tərəfdaşlıq memorandumu Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova ilə universitetin rektoru Elçin Babayev arasında imzalanıb.
Memoranduma əsasən, tərəflər qida sənayesi sahəsində elmi tədqiqatlar aparacaq və yeni texnologiyaların işlənib hazırlanmasında birgə fəaliyyət göstərəcəklər. Bilik mübadiləsi və pilot iş imkanlarını əhatə edən memorandum Coca-Cola Azərbaycanın mütəxəssislərinin universitet tədbirlərində qonaq məruzəçi kimi iştirakını da nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində universitet könüllüləri şirkətin sosial məsuliyyət layihələrində də iştirak edəcəklər.
Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova CCİ-ın 2030-cu ilə qədər olan öhdəliklərinin “Müxtəliflik və Daxilolma” bəndinə uyğun olaraq şirkətin müxtəlif proqramlar, o cümlədən, universitetlərlə əməkdaşlığa başladığını vurğulayıb: “CCİ uzun müddətdir ki, fəaliyyət göstərdiyi ölkələrdə gənclərlə bağlı layihələr həyata keçirir. İndi Azərbaycanda biz gənc qadınların təcrübə və iş imkanlarını artıran layihələrə diqqət yetiririk və bu işdə tək olmadığımızı görməkdən şadıq. İnanıram ki, Bakı Dövlət Universiteti ilə əməkdaşlığımız sayəsində biz tələbə qızların həyatına müsbət təsir edəcək və onların inkişaf etdiyi mühit yarada biləcəyik”.
Qeyd edək ki, bundan əvvəl Bakı Dövlət Universiteti Coca-Colanın “Tullantısız Dünya” proqramı çərçivəsində plastik tullantıların təbiətə təsirini azaltmaq məqsədilə həyata keçirilən “HORECA Pet Collection” layihəsinə dəstək olub.
Şirkətin əməkdaşlıq etdiyi universitetlər siyahısına isə Azərbaycan Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti daxildir.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















