H&M-in xalis mənfəəti 3 dəfə azalıb
H&M-in xalis mənfəəti 2021-2022-ci maliyyə ilində təxminən 350 milyon dollara qədər azalıb.Dünyanın ən böyük geyim pərakəndə satış şəbəkəsi Hennes & Mauritz (H&M) şirkətinin hesabatına görə, noyabrın 30-da başa çatan 2021-2022-ci maliyyə ilində xalis mənfəəti üç dəfə azalaraq 3 milyard 566 milyon İsveç kronuna (təxminən 350 milyon dollar) düşüb.
Marja xəbər verir ki, şirkətin gəlirləri 12,4% artaraq 223 milyard 553 milyon krona (21,9 milyard dollar) çatıb.
Maliyyə ilinin dördüncü rübünün nəticələrinə görə, N&M bir il əvvəl əldə etdiyi 4,6 milyard kron (450 milyon dollar) mənfəətə qarşı 864 milyon kron (84,7 milyon dollar) xalis zərər edib. Rüblük gəlir təxminən 10% artaraq 62 milyard 433 milyard krona (6,12 milyard dollar) olub.
H&M 1947-ci ildə İsveçdə yaradılıb. Şirkət geyim istehsalı və satışı ilə məşğuldur. H&M ilə yanaşı, COS, Monki, Weekday və digər brendləri də inkişaf etdirir. Şirkətin şəbəkəsinə 77 dünya bazarında 4,6 minə yaxın mağaza daxildir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)







