Tanınmış logistika şirkəti “Hikmetoglu Transport” “Fairmont Hotel”də 10 illiyini qeyd etdi – FOTOLAR
(®) Ölkənin tanınmış logistika şirkətlərindən olan “Hikmetoglu Transport” şirkəti fəaliyyətə başlamasının 10 ilini qeyd edir.
“Fairmont Hotel”də keçirilən tədbirdə millət vəkilləri, tanınmış şəxslər, partnyor şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə möhtəşəm çəkilişləri ilə “Kengerli Media” qonaqların marağına səbəb olub. Sonda, şirkət rebrendinq edərək yeni loqosunu da təqdim edib.
“Hikmetoglu Transport”un təsisçisi və rəhbəri, gənc və tanınmış iş adamı Rövşən Hikmətoğlu tədbiri açaraq bildirib ki, əsası 2013-cü ildə qoyulan şirkətin 10 il ərzində əsas məqsədi nəqliyyat və daşımaçılıq üzrə ən yüksək səviyyədə xidmət göstərmək olub:
“Şirkətimiz hava, quru, dəniz və dəmiryolu nəqliyyatı olmaqla daşımacılığın bütün sahələrində geniş təcrübəyə malikdir. Daşıma sektorunda dərin təcrübə və peşəkar əməkdaşlar sayəsində, güvənilən şirkət olmaq və hər zaman sektorun lideri olmaq üçün tərəfimizdən daim innovativ həll yolları tətbiq olunmaqdadır. Standart, qeyri-standart, qrup halında, qabaritli, xüsusi temperatur və saxlama şəraiti tələb edən yüklərin, həmçinin yanıcı və digər təhlükəli maddələrdən ibarət yüklərin daşınmasını həyata keçiririk. Məqsədimiz müştərilərimizə güvənlilik baxımından ən üst xidmət göstərməkdir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bunun üçün bütün önləyici tədbirləri görürük”.
Qeyd edək ki, qlobal daşıma xidmətləri sahəsində ixtisaslaşan şirkət dünyanın bir çox yerindən bütün növ beynəlxalq yükdaşımaları ən sürətli və etibarlı şəkildə həyata keçirir.
Ən çox konteyner daşımaları ilə ölkədə tanınan “Hikmetoglu Transport” 2022-ci ildə Çin,Yaponiya, Cənubi Koreya, BƏƏ, Asiya və Avropanın bir çox ölkələrindən Azərbaycana ən çox konteynerlə yük daşıyan şirkətlərdən olub.
Əlaqə:
https://www.facebook.com/hikmetoglu.transport
https://www.instagram.com/hikmetoglu.transport
+99412 488 05 37
+99450 227 02 70
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























