8 özəl provayderin müraciəti əsasında "Aztelekom" və "Bakı Telefon Rabitəsi" haqqında iş qaldırılıb
"Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" şirkətlərinin infrastruktur xidmətləri tariflərini artırması onların fəaliyyətinə mənfi təsir göstərib.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC haqqında iş qaldırıb.
Marja.az xəbər verir ki, iş, Dövlət Xidmətinin təşəbbüsü və “AzFiberNet” MMC, “Eurosel” MMC, “SeaBak” MMC, “Smart Sistems Texnoloji” MMC, “Sparktel” MMC, “Data Plus” MMC, "Azerfon" MMC, "UniNet" MMC-nin müraciətləri əsasında qaldırılıb.
İş, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması əlamətləri üzrədir.
""Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC tərəfindən qaldırılmış infrastruktur xidmətləri tariflərinin Dövlət Xidmətinin təşəbbüsü ilə araşdırılmasına başlanılmışdır. Eyni zamanda, bir sıra özəl internet provayderləri tərəfindən Xidmətə müraciətlər daxil olmuş və həmin müraciətlərdə infrastruktur xidmətləri tariflərində olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyi qeyd edilmişdir. Bu məsələ üzrə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti araşdırılır", – Xİdmətdən bildirilib.
İşə baxılması davam edir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























