"Əmanət gəlirlərini vergiyə cəlb edilməsi faizləri təqribən 1 % dəyişməsinə səbəb ola bilər"
Azərbaycan banklarında əmanətlərin faiz dərəcələrinin yüksəlməsi gözlənilmir, lakin ayrı-ayrı banklar depozitlərlə bağlı vergi güzəştinin tətbiq müddətinin başa çatması ilə əlaqədar faizləri yüksəldəcəklər.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev fevralın 1-dən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərini 10 % dərəcə ilə vergiyə cəlb edilməsini şərh edərkən deyib.
O bildirib ki, əmanətlər əvvəllər də vergiyə cəlb edilirdi:
"Sadəcə 7 il müddətinə ölkə Prezidentinin müvafiq fərmanı ilə güzəşt tətbiq edilərək bank əmanətləri üzrə gəlirlər vergidən azad edilmişdi. Ona görə də hazırki mərhələdə güzəşt müddətinin başa çatması ilə əlaqədar olaraq bir sıra banklar faiz dərəcələrini artırılmaqla və ya bəzi banklar öz reklam məhsullarının yerləşdirməklə vergi ödənilməsini öz hesablarına həyata keçirirlər.
Bütövlükdə faiz dərəcələrinin yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda bu güzəştin tətbiq müddətinin başa çatması ilə əlaqədar əmanətlərin faiz dərəcələrini yüksəldəcəklər. Həmin vergi məbləği faiz dərəcəsinin təqribən 1 %-i həcmində dəyişməsinə səbəb ola bilər. Orda müəyyən hissədə artım ola bilər. Bütövlükdə deyil, ayrı-ayrı banklar tərəfindən bu artım ola bilər. Hətta bəzi banklar bununla bağlı elan paylaşıblar, düşünürəm yaxın zamanda digər bir qrup banklar da bu istiqamətdə artımları elan edəcəklər".
Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Report
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
























