TAP-ın ötürmə qabiliyyətinin artırılması müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd edildi, bu komissiyanın iclasının tezliklə keçirilməsinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.
İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində hazırda mühüm rol oynayan TAP layihəsinin əhəmiyyəti və gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına İtaliyanın həmişə verdiyi dəstək yüksək qiymətləndirildi və Avropa İttifaqı ölkələri arasında İtaliyanın Azərbaycanın mühüm tərəfdaşı olduğu vurğulanıb.
Müzakirə edilən məsələlərin icrası üçün aidiyyəti nazirliklər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























