Azərbaycan və İtaliya mümkün əməkdaşlıq modellərini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.
Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub.
İtaliyanın şirkətlər və “ Made in İtaly” naziri Adolfo Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.
Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















