Toshiba-nın xalis mənfəəti azalıb
Yaponiyanın elektronika nəhəngi Toshiba Corporation-ın 2022-2023-cü maliyyə ilinin doqquz ayında (31 dekabrda başa çatmışdır) xalis mənfəəti illik müqayisədə 27% azalaraq 84,011 milyard yen (cari məzənnə ilə təxminən 638 milyon dollar) təşkil edib.
Marja xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Şirkətin satış gəlirləri 0,6% artaraq 2,37 trilyon yen (18 milyard dollar) təşkil edib.
Üçüncü rübün (oktyabr-dekabr) nəticələrinə görə, şirkət ötən hesabat ilinin 3-cü rübündə əldə etdiyi 55,124 milyard yen (419 milyon dollar) mənfəətdən sonra 16,65 milyard yen (126,5 milyon dollar) xalis zərərlə üzləşib. Satış gəlirləri 4,2% azalaraq 774,938 milyard yenə (5,9 milyard dollar) geriləyib.
Toshiba Corporation yam maliyyə ili üçün 3,32 trilyon yen (25,2 milyard dollar) gəlir proqnozlaşdırır. Xalis mənfəətinin 95 milyard yen (721,7 milyon dollar) olacağı gözlənilir.
1875-ci ildə Tokioda qurulan Toshiba Korporasiyası elektronika məhsulları, sxemlər, sənaye kompüterləri, mobil telefonlar, LCD televizorlar və liftlərin istehsalında ixtisaslaşıb. Şirkətin işçi heyəti 108,8 min nəfərdən çoxdur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
- 18 d. əvvəl
- 32 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb
Yaponiyada 30 milyard dollarlıq valyuta müdaxiləsi
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
“NORM”da iclas keçiriləcək
Ən çox oxunanlar
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir







.jpg)






.jpg)







