Dövlət şirkətləri yeni rəqəmsal TV xidmətini təqdim edir - QİYMƏTLƏR
İndi “Aztelekom” və “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçi ümumi 247 TV kanalından 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”, “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var.
Marja xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir.
“Aztelekom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə, “Baktelecom” isə 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s GPON texnologiyalı internet və TV xidmətləri daxildir.
4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:
Rahatlıq:
-24/7 dəstək
v-alideyn nəzarəti funksionallığı
-asan istifadə
-kabellərə və antenlərə ehtiyac yoxdur
Sərfəli:
-12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma
-Smart TV-yə xərclənən vəsaitə qənaət
-3 xidmət birlikdə daha əlçatan
Rəqəmsal TV xidmətinə yalnız “Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər.
Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə (Aztelekom abunəçiləri), Rabitə Xidmətləri Mərkəzlərinə (Baktelecom abunəçiləri) müraciət etmək olar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















