Azərbaycanın geyim mağazaları xarici onlayn platformaların onlara problem yaratdığını bildirir
"Bəzi brendlərin Azərbaycandan getməsi ehtimalı var"Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Vergi və gömrük komitəsinin rəhbəri Nərmin Aslanova arasında görüş keçirilib.
AFRA-nın yaydığı məlumatda bildirilir ki, görüşün əsas məqsədi, hər iki ildən bir, AmCham üzvlərinin rəyi əsasında Azərbaycanda biznes mühitininə dair ümumi fikri təmsil edən “Ağ Sənəd “-in hazırlanması və həmin sənəddə pərakəndə geyim idxalçılarının rəyinin nəzərə alınması idi. “Ağ Sənəd” ölkə başçısına təqdim olunmaq üçün hazırlanır.
Fərid Novruzi, komitə rəhbəri Nərmin Aslanovaya pərakəndə geyim idxalçılarının üzləşdiyi əsas problemlər - xarici onlayn platformaların aktivliyi, yüksək gömrük yığımları və Əlavə Dəyər Vergisinin idxal zamanı (satış həyata keçirilməmiş) yığılmasının geyim idxalçıları sahəsində fəaliyyət göstərən sahibkarların qeyri sağlam rəqamət mühiti ilə üzləşməsi, hətta bəzi brendlərin Azərbaycandan getməsi ehtimalının yüksək olması barədə məlumat verib.
Nərmin Aslanova qeyd olunan problemlərin, yeni təyin olunmuş Dovlər Gömrük Komitəsinin sədri Şahin Bağırovla görüşdə səsləndirəcəyinə söz verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
14 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
43 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
2 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Ən çox oxunanlar
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
















.jpg)



