KOBİA Macarıstanda bir sıra görüşlər keçirib
Azərbaycan nümayəndə heyətinin tərkibində Macarıstanda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin İxracın Təşviqi Agentliyində (HEPA) və Ticarət və Sənaye Palatasında görüşlər keçirib.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, HEPA-nın baş direktorunun müavini Qabor Jenei ilə görüşdə Azərbaycan və Macarıstan biznes dairələrinin, xüsusilə də KOB-ların əlaqələndirilməsi tədbirlərinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Macarıstanın Ticarət və Sənaye Palatasında keçirilmiş görüşdə isə ticarət əməliyyatları zamanı iş adamlarına dəstək göstərmək üçün KOBİA ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında və Macarıstan-Azərbaycan biznes forumunda iştirak edib.
Komissiyanın iclasındakı çıxışında KOBİA sədri Macarıstanın müvafiq qurumları və Agentlik arasında əməkdaşlığın vəziyyətinə, KOBİA-nın fəaliyyətinə dair məlumat verib.
Macarıstan-Azərbaycan biznes forumunda isə Orxan Məmmədov hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, KOBİA-nın hər iki ölkənin KOB-ları arasında lazımi əlaqələndirməni həyata keçirməyə hazır olduğunu vurğulayıb.
Agentlik sədri KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verərək Agentliyin təcrübəsini Macarıstanla bölüşməyə hazır olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici şirkətlər üçün perspektiv imkanlar mövcuddur. Bu ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən xarici şirkətlərin müraciətləri arasında Macarıstan şirkətləri də əsas yerlərdən birini tutur. KOBİA Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq istəyən sərmayədarlara dəstək göstərməyə hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
25 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)










.jpg)







