“Cahan Sənaye Kompleksi” 40 min ədəd radiator ixrac edəcək - SAZİŞ İMZALANIB
Azərbaycanın və Naxçıvan MR-in qabaqcıl şirkətlərindən “Cahan Holdinq”in tərkibindəki “Cahan Sənaye Kompleksi” Özbəkistana məhsul ixrac edəcək.
Bununla bağlı 24 fevral, 2023-cü il tarixində “Cahan Sənaye Kompleksi” adından Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və Özbəkistanın “Azimut Plus” şirkətinin direktoru Şayusupov Maxmudjon saziş imzalayıblar.
Müqaviləyə əsasən “Cahan Sənaye Kompleksi” Özbəkistana ümumilikdə 40 min ədəd məişət istilik sistemləri radiatoru ixrac edəcək.
İmzalama mərasimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratovun da iştirak etdiyi paytaxt Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu zamanı baş tutub.
Forum Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO tərəfindən təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















