Qızılın qiyməti daha da düşdü
Bazar ertəsi səhər qızılın qiyməti bir qədər də azalaraq 1 unsiya üçün təxminən 1810 dollar təşkil edib.
Marja xəbər verir ki, qiymətli metal ABŞ Federal Ehtiyat Sisteminin (FED. ABŞ Mərkəzi bankı) daha sərt siyasəti ətrafında gözləntilər fonunda keçən həftə dəyərinin 1,3%-dən çox ucuzlaşıb.
Bakı vaxtı ilə saat 11:44-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 unsiya (31,1 qram) üçün 3 dollar və ya 0,2% azalaraq 1810,12 dollar olub. Son bir həftə ərzində qızıl 1840 dollardan 1,3% ucuzlaşıb. Gümüşün may fyuçersləri 1,25% ucuzlaşaraq bir unsiya üçün 20,675 dollar olub.
Dollar indeksində artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1780 - 1800 dollaradək ucuzlaşa bilər.
Qızıl üçün əsas amillərdən biri FED-in əsas faiz siyasəti olaraq qalır. Ümumiyyətlə, ilin əvvəlindən ABŞ-dan gələn güclü makroməlumatlar tənzimləyicinin daha uzun müddət ərzində faiz dərəcələrini yüksək saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
CME Group-un məlumatına görə, analitiklərin 72,3%-i mart ayında FED-in uçot dərəcəsini yenidən 0,25 faiz bəndi artıraraq illik 4,75-5%-ə qədər artıracağını gözləyir. Eyni zamanda, analitiklərin 27,7%-i faizlərin 0,50 bənd artırılacağın ehtimal edir.
Qızıl ABŞ-ın makro statistik göstəricilərinə və FED-in siqnallarına həssasdır. Makro göstəricilər və FED-in qərarları dollarda əks olunur və bu da öz növbəsində qızılın qiymətinə təsir göstərir. Fed-in faizləri artırması ənənəvi olaraq dolların bahalşamasına səbəb olur və bu, qızılı başqa valyutada alarkən daha az əlçatan edir və əksinə.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN











.jpg)







