Fevralda Avropada qazın orta birja qiyməti 1,6 dəfə azalıb
London ICE birjasının məlumatlarına əsaslanan hesablamalara əsasən, fevralda Avropada təbii qazın orta qiyməti aylıq müqayisədə 1,2 dəfə, illik müqayisədə isə 1,6 dəfə azalaraq min kubmetr üçün 584 dollar təşkil edib.
Marja xəbər verir ki, qazının birja qiymətləri ötən ilin sonundan etibarən davamlı olaraq azalma nümayiş etdirib. TTF indeksi üzrə ən yaxın fyuçerslərin qiyməti bu ilin yanvarında orta hesabla 710 dollar təşkil edib ki, bu da dekabrın orta göstəricisi olan 1260 dollardan təxminən 1,8 dəfə (43,6%) aşağıdır.
Ekspertlər qeyd ediblər ki, Avropa Birjasında qaz kotirovkaları Avropa İttifaqının yeraltı qaz anbarlarında kifayət qədər qaz ehtiyatları, eləcə də isti və küləkli hava və qənaət tədbirləri səbəbindən qaz istehlakının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar olaraq aşağı düşüb.
Belə ki, fevralda təbii qazın qiyməti 584 dollara (yanvarla müqayisədə -17,9%) düşüb ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 39% aşağıdır (ötən ilin fevralında təxminən 960 dollar idi).
Keçən il yazın əvvəlində Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması qorxusu ilə təbii qazın rekord həddə - min kubmetr üçün 3892 dollara çatmışdı.
Qışda Avropada qazın qiyməti 3 dəfə azalaraq min kubmetr üçün orta hesabla 515 dollar təşkil edib. Əgər noyabrın 30-da qaz fyuçersləri hər 1000 kubmetr üçün təxminən 1550 dollara satılırdısa, fevralın 28-də ticarət 515 dollarda bağlanıb.
Ən güclü azalma fevralın 28-də, qazın qiymətinin 2021-ci ilin avqust ayının sonundan bəri ilk dəfə olaraq 505 dollara düşdüyü vaxt müşahidə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin






.jpg)







.jpg)






