Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İri neft şirkəti Geely və Renault ilə birlikdə "yaşıl" mühərriklər hazırlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri neft şirkəti Geely və Renault ilə birlikdə "yaşıl" mühərriklər hazırlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkəti Fransa və Çin avtomobil istehsalçıları "Renault" və "Geely" ilə ekoloji cəhətdən təmiz ("yaşıl") güc aqreqatlarının və hibrid texnologiyaların inkişafı üzrə müəssisənin yaradılmasında iştirak etmək üçün müqavilə imzalayıb.

Marja xəbər verir ki, müvafiq məlumat cümə axşamı şirkətin saytında dərc olunub.

"“Saudi Aramco"-nun planlaşdırdığı investisiyalar əsasən sintetik yanacaq və hidrogen texnologiyalarının təkmilləşdirilməsinə yönəldiləcək”, - deyə məlumatda bildirilir.

Yeni şirkət hibridlər də daxil olmaqla, ildə 5 milyondan çox mühərrik və transmissiya istehsal etmək üçün 17 zavod və beş tədqiqat və inkişaf mərkəzini birləşdirəcək. Məhsulların 130 ölkəyə göndərilməsi gözlənilir.

İlkin məlumatlara görə, "Renault" və "Geely" müəssisədə bərabər paya sahib olacaqlar. “Saudi Aramco” daxil olmaqla onların kapital qoyuluşlarının həcmi açıqlanmayıb.

02.03.2023 10:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18