Azercell-in törəmə şirkəti Kürdəmirin kəndlərini fiber-optik internetə qoşur
“Azeronline BM” LTD şirkəti “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Kürdəmir rayonunu da fiber-optik internet xidməti ilə təmin edir.
Şirkətin yaydığı məlumata görə, bu ərazidə 2021-ci ilin may ayından etibarən GPON texnologiyası (Gigabit Passive Optical Networks – Giqabit Passiv Optik Şəbəkə) ilə şəbəkə qurmaq məqsədilə təmir-tikinti işlərinə başlanılmışdır. Artıq 3500-ə yaxın ev təsərrüfatını əhatə edən 15 kənddə - Ərşəli, Məhərrəmli, Pirəköçə, Qaramahmudlu, Şahsevən, Sovla, Söyüdlər, Carlı, Quşlar, Çöl Ərəb, Ərəbxana, Çərtəyəz, Bəyi, Xəlsə kəndlərində və eləcə də Kürdəmir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış kompleksində yüksəksürətli fiber-optik internet xidməti əhaliyə təqdim olunur. Qeyd olunan ərazilərdə artıq 1600-dən artıq abonent təqdim olunan xidmətin istifadəçisidir.
Yaxın gələcəkdə Muradxan, Qocalı, Mehdili, Axtaçı, Axtaçı Qarabulaq, Öyləqulu, Dayıkazımlı, Qoçulu, Sor Sor kəndlərində də fiber-optik internet xidmətinə qoşulmalar aktivləşdiriləcəkdir. Bu isə 2300-dən artıq ev təsərrüfatının GPON texnologiyası əsasında keyfiyyətli və sürətli internet xidmətindən istifadə imkanı qazanması deməkdir.
Ümumilikdə, 2023-cü ilin planına əsasən il sonunadək Kürdəmir şəhər mərkəzi və eləcə də Qaraqocalı, Topalhəsənli, Şıxımlı, Atakişili, Qarasu, Şilyan kəndləri ərazisində yerləşən daha 13 600 ev təsərrüfatı üçün fiber-optik internet xidmətinə qoşulmaq imkanı yaradılacaqdır.
Bildiririlib ki, adları çəkilən kəndlərin bir çoxunda rabitə infrastrukturu və telefon xətləri öncədən mövcud olmadığından əhalinin internet qlobal şəbəkəsinə qoşulma imkanları məhdud olub. Bu səbəbdən müasir texnoloji yollarla təqdim olunan yüksəksürətli internet xidmətinə bu ərazilərdə böyük ehtiyac duyulur. Təqdim olunan fiber-optik internet xidməti əhalinin, xüsusən də yeniyetmə və gənclərin fərdi və peşəkar inkişafında böyük rol oynayır.
"“Azeronline BM” LTD tərəfindən təklif olunan internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Həmin üstünlüklər sürətli quraşdırma, kəsintisiz internet təminatı, naqilsiz qoşulma və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 15 AZN-dən başlayır",- Şirkətin məlumatında bildirilir.
“Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hazırda həm fərdi, həm də korporativ müştərilərinə müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















