Qazax xalqından Azərbaycan xalqına hədiyyə - TƏMƏLİ QOYULDU
Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub.7 Mart 2023-cü il tarixində işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə tikiləcək Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
"Unico" QSC-nin yaydığı məlumatda bildirilir ki, Mərkəz, qardaş ölkələr arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi təcəssüm etdirən Qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir.
Təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Bölgəsi üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin siyasi müşaviri Jandos Nurmahambetov, BI Group - строительный холдинг Казахстана Direktorlar Şurasının sədri Aydın Rəhimbayev, layihə rəhbəri Daulet Janabilov, "Unico" QSC-nin təsisçisi Şəfiddin Pirmatov və "Unico" QSC-nin direktoru Elçin Axundov iştirak ediblər.
Bu ikimərtəbəli mərkəz gündə 600 ziyarət üçün nəzərdə tutulmuşdur və onun əsas iş sahələri vokal və musiqi alətləri, robot texnikası, 3D modelləşdirmə, veb dizayn, foto və video çəkilişlər olacaqdır. Bundan əlavə, burada sənətkarlıq, o cümlədən xalçaçılıq və dulusçuluq, eləcə də müxtəlif idman və xoreoqrafiya üzrə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, bu layihə “Unico” QSC-nin işğaldan azad olunmuş topraqlarda inşa işlərinə başladığı sayca ikinci layihədir.
“Unico” QSC. ötən ildən əməkdaşlığa başladığı Qazaxıstanın “BI Group” Holdinqi ilə əməkdaşlığımızın uğurla davam edəcəyini ümid edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)



