SpaceX rekord IPO-ya hazırlaşır
"SpaceX" ilkin ictimai təklifi (IPO) üzrə Emissiya prospektini açıqlamağa hazırlaşarkən, rekord həcmli təklifə rəhbərlik edəcək bank kimi (investisiya şirkəti və ya broker olaraq) Goldman Sachs-ı seçib. Bu barədə məsələ ilə tanış mənbələr məlumat veriblər.
Marja xəbər verir ki, məlumata görə, Emissiya prospektində əsas “lead left” mövqeyi Goldman Sachs-a veriləcək (“lead left” - IPO (ilkin ictimai təklif) zamanı əsas aparıcı investisiya bankını ifadə edən termindir). Ondan sonra isə Morgan Stanley, Bank of America, Citigroup və JPMorgan Chase yer alacaq. Mənbələr məxfilik səbəbindən adlarının açıqlanmasını istəməyiblər.
İlon Maskın (Elon Musk) təkrar istifadəsi mümkün olan raketlər istehsal edən şirkəti ötən ay ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına məxfi şəkildə müraciət etdikdən sonra prospekti artıq çərşənbə günü ictimaiyyətə açıqlaya bilər.
Təklifin rekord məbləğdə olacağı gözlənilir. Belə ki, Mask fevral ayında şirkəti öz süni intellekt startapı olan xAI ilə birləşdirərkən SpaceX-in dəyərini təxminən 1,25 trilyon dollar olaraq qiymətləndirmişdi.
Şirkət sorğuya dərhal cavab verməyib.
ABŞ birjalarında ticarətin ilk günündən sonra 100 milyard dollardan çox dəyərə çatan cəmi iki texnologiya şirkəti olub — Facebook və Alibaba Group. Süni intellekt çipləri istehsalçısı Cerebras Systems isə ötən həftə Nasdaq birjasında debüt edib və təxminən 95 milyard dollar bazar dəyəri ilə bağlanıb. Bu isə süni intellekt sektoruna bağlı böyük IPO-lar ili ola biləcəyinə işarə edir.
SpaceX açıq bazara süni intellekt modeli sahəsində lider sayılan OpenAI və Anthropic şirkətlərindən əvvəl çıxmağa çalışır. Hər iki şirkət özəl investorlar tərəfindən təxminən 1 trilyon dollar dəyərində qiymətləndirilir və artıq bu il IPO keçirməyi nəzərdən keçirir.
Mask üçün bu çoxdan gözlənilən Emissiya prospekti onun məhkəmədə aldığı ciddi məğlubiyyətdən cəmi bir neçə gün sonra açıqlana bilər. O, OpenAI və şirkətin baş direktoru Sam Altman-ı məhkəməyə verərək, Altmanın 9 il əvvəl Maskın da iştirak etdiyi qurumun qeyri-kommersiya təşkilatı olaraq qalacağına dair vədi pozduğunu iddia etmişdi.
Kaliforniyanın Oakland şəhərində fəaliyyət göstərən hakimlər heyəti bazar ertəsi qərar verib ki, Mask bu iddia ilə məhkəməyə müraciət etmək üçün çox gec davranıb. Qərar dərhal federal hakim Yvonne Gonzalez Rogers tərəfindən qüvvəyə mindirilib. Mask isə qərarı “təqvim texniki məsələsi” adlandıraraq apellyasiya şikayəti verəcəyini bildirib.
Mask sonuncu dəfə 2010-cu ildə şirkətini birjaya çıxarmışdı. Həmin vaxt Tesla Nasdaq birjasında IPO keçirib və o zaman da əsas təşkilatçı bank kimi Goldman Sachs çıxış etmişdi. Digər banklar arasında Morgan Stanley, JPMorgan Chase və Deutsche Bank yer almışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)

