“Saudi Aramco”nun xalis mənfəəti ilin birinci yarısında 29,5 faiz azalıb
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ilin birinci yarısında xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalıb.
“Saudi Aramco”nun yaydığı hesabata görə şirkətin yanvar-iyun dövründə xalis mənfəəti 61,9 milyard dollara qədər azalıb. Belə ki, şirkətin ötən ilin eyni dövründə xalis mənfəəti 87,9 milyard dollar olub.
Gözləntilərin altında olan nəticələrin qlobal iqtisadi qeyri-müəyyənliklərin təsiri ilə xam neft qiymətlərinin aşağı düşməsi və neft emalı zavodunun mənfəət marjasının azalması ilə bağlı olduğu bildirilib.
“Saudi Aramco”nun baş icraçı direktoru (CEO) Amin Nasser qeyd edib ki, mənfəətin azalmasına baxmayaraq, şirkətin orta və uzunmüddətli böyümə strategiyası plana uyğun olaraq irəliləyir.
Qlobal iqtisadiyyatda və aviasiya sektorunda gözlənilən canlanma ilə tələbin artacağına diqqət çəkən baş icraçı direktor, enerji təhlükəsizliyini təmin etmək üçün enerji layihələrinə investisiyaların davam etdirilməsinin lazım olduğunu bildirib.
Keçən ilin birinci rübündə xalis mənfəətini əvvəlki ilə nisbətən 82 faiz artıran “Saudi Aramco” yüksək neft qiymətlərindən yararlanaraq, dünyanın ən dəyərli şirkəti sıralamasında ABŞ-nin texnologiya şirkəti “Apple”ni 2020-ci ildən sonra ilk dəfə geridə qoyaraq liderliyə yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







