Dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ
İnflyasiya və resessiya dilemmasında olan dünya iqtisadiyyatlarının gələcəyinə dair qeyri-müəyyənliklər davam edir.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsinin son həddini hansı səviyyədə təyin edəcəyi ilə bağlı suallar aktuallığını qoruyarkən, ölkədə inflyasiya proqnozlarının azalması risk iştahını məhdud şəkildə də olsa dəstəklədi.
FED-in Nyu-York bölməsi tərəfindən açıqlanan İyul ayı “İstehlakçı Gözləntiləri Araşdırması”-nın nəticələrinə görə, Amerika istehlakçılarının qısamüddətli inflyasiya proqnozları 0.3% azalaraq 3.5% olub. Dördüncü ayda da enişini davam etdirən qısamüddətli inflyasiya ehtimalları 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyəyə düşüb.
Analitiklər, sözügedən vəziyyətin təxminən 1.5 ildir davam edən sərt monetar siyasətin sonlandırılacağına dair nikbinliyin artması baxımından əhəmiyyətli olduğunu qeyd edirlər. Həftə ərzində açıqlanacaq makroiqtisadi göstəricilərlə yanaşı, pərakəndə nəhəngləri “Home Depot”, “Target” və “Walmart” kimi şirkətlərin balans hesabatlarını açıqlamaları da ABŞ istehlakçılarının vəziyyəti haqqında ipucları verə bilər.
FED-in bugün açıqlanacaq son iclasının protokollarının əhəmiyyətinə diqqət çəkən analitiklər protokollardakı mümkün istiqamətlərin də qiymətlərə təsir göstərə biləcəyini bildiriblər.
Analitiklər, valyutal bazarlarında qiymətlələrin formalamasına FED-in gələn ay 90% ehtimalla uçot faizini dəyişməyəcəyinə dair proqnozlar təsir edir. Bu ilin sonuna qədər keçiriləcək digər iki iclasla bağlı qeyri-müəyyənlik isə güclü olaraq qalır.
İnvestorların ABŞ iqtisadiyyatında “yumşaq eniş” gözləntiləri ilə yanaşı resessiya ehtimallarını da nəzərdən keçirdiklərini xatırladan analitiklər, inflyasiyanın hələ də hədəflənmiş səviyyədən xeyli yuxarı olması səbəbindən istiqraz bazarlarında satış təzyiqinin davam etdiyini qeyd ediblər.
ABŞ-ın 10 illik istiqraz faizi yeni gündə ardıcıl dördüncü gün yüksəliş tendensiyasını davam etdirərkən, dünən 4.2% ilə 7 noyabrdan bəri ən yüksək gündəlik bağlanışı reallaşdırdı.
Günü 103.20 bənd səviyyəsinin üzərində başa vuran DXY-da “Buğalar” qiyməti 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda iyulun 6-dan bu yana ən aşağı səviyyəni (1893$) test etdikdən sonra, buradan dəstək alan qızılın bir unsiyasının qiyməti 1903$ -1906$ aralığında dalğalanır. Analitiklər yüksələn istiqraz faizlərinin qızıla investisiyanın alternativ dəyərini artırdığını və qızılın unsiya qiymətini təzyiq altında saxladığını vurğlayırlar.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















