"Ukrayna bazarını tamamilə itirmişik, rublunun da düşməsi Azərbaycan məhsullarını ucuzlaşdırır"
Azərbaycanın nar ixracındakı əsas problemlər açıqlanıbAzərbaycanın nar ixracında əsas bazarı hesab olunan Rusiyada milli valyutasının dəyərdən düşməsi nəticəsində problemlərin yaranacağı gözlənilir.
Bunu Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, Azərbaycan ötən il 31 milyon 564 min ABŞ dolları dəyərində 24 min ton nar ixrac edib: “İndiyənədək bizim ənənəvi ixrac bazarımız Rusiya və Ukrayna olub. Lakin hazırda Ukrayna bazarını tamamilə itirmişik. Ona görə də yerli ixracatçılar Azərbaycan narlarına böyük tələbat olan Rusiya bazarına fokuslanıb. Lakin Rusiya rublunun dəyərdən düşməsi Azərbaycan məhsullarının bu bazarda ucuzlaşmasına gətirib çıxara bilər”.
Avropaya nar ixracı üçün "Qlobal Gab" sertifikatı alınmalı
Assosiasiya rəhbəri vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi zəminində Avropa ölkələrinə nəqliyyat xərcləri çox artıb: "Bununla yanaşı, Avropaya nar ixrac etmək istəyənlər "Qlobal Gab" sertifikatını əldə etməlidir. Hazırda Azərbaycanda belə şirkətlər mövcuddur. Avropa bazarının tələblərinə uyğun nar yetişdirməyi hədəfləyiriksə, bu halda müvafiq dərman, gübrə və pestisidləri istifadə edilməlidir".
Onun sözlərinə görə, narın yetişdirilməsində istifadə edilən dərman, gübrə, aqrotexniki qulluq ləvazimatları bahalaşıb, bu isə maya dəyərin artmasına səbəb olur”.
F.Qaraşov qeyd edib ki, Azərbaycan şirkətləri hazırda Almaniyaya nar ixrac edir: “Ötən il Almaniya vətəndaşları olan türklər Azərbaycana gəlmişdilər, onları nar bağlarımızla tanış etdik. Nar ixracı ilə bağlı danışıqların aparılması gözlənilir”.
Çində Azərbaycan narına tələbat var
Onun sözlərinə görə, bir müddət əvvəl nar ixracı ilə bağlı Çindən gələn iş adamları ilə görüş keçirilib: “Çin təqribən hər il 10 min tona yaxın Azərbaycandan nar idxalını planlaşdırır. Əfsus ki, Çin ilə Azərbaycan arasında Qida təhlükəsizliyi haqqında Anlaşma yoxdur. Bu, bizə ixracda problem yaradır. Ölkələr bununla bağlı tez razılıq əldə etsə, Çin bazarına nar ixracına başlaya bilərik”.
O bildirib ki, BƏƏ və Qətərə nar ixracı həyata keçirilib: “Təəssüf ki, ixracatçılarımız böyük ziyanla üzləşirlər, çünki həmin bazarlarda Hindistan öz yerini möhkəmləndirib. Halbuki Azərbaycan narları Hindistan narları ilə müqayisədə daha keyfiyyətlidir. Hindistan narları ucuz olduğu üçün biz həmin ölkələrə nar ixracını artıra bilmirik. Nar yaş meyvə olduğuna görə, müəyyən müddətdən sonra keyfiyyətini itirir”.
F.Qaraşov Azərbaycan narını Qazaxıstan bazarına çıxışı üçün də maraq göstərildiyini vurğulayıb: "Qazaxıstanla müəyyən danışıqlar aparılır. Bu ölkəyə iki il əvvəl tədarük həyata keçirilib. Hazırda Qazaxıstan bazarında daha çox Özbəkistan narları yer tutub”.
Ölkədə nar istehsalı artır
Assosiasiyanın sədri bildirib ki, bu il ölkədə keyfiyyətli məhsul çoxdur: "Hesab edirəm ki, meyvə bolluğu olacaq. Ötən il bizim istehsalımız təqribən 187 min ton olub. Bu il isə istehsalın həcmi təqribən 5-7 % artacaq”.
Onun sözlərinə görə, ölkədə yeni nar bağları salınır: “2022-ci ildə nar 22 min 590 hektar sahədə əkilib. Onlardan 236 hektarı yeni sahələr olub. Əkinçilik üsullarına gəlincə, 19 min 009 hektar sahədə ənənəvi, 3 min 572 hektar ərazidə idə intensiv üsullardan istifadə edilərək əkin həyara keçirilib".
F.Qaraşov onu da qeyd edib ki, Azərbaycan şirin suyun qıt olduğu ölkələr sırasındadır: “Ölkədə su mənbələrinin 70 %-i kənarda formalaşır. Hazırda dünyada su ilə bağlı problemlər yaşanır. Buna görə də fermerlərimiz selləmə su üsulundan istifadə etməkdən çəkinməlidirlər. Bu, torpağa ziyan verməklə yanaşı məhsuldarlığa da mənfi təsir göstərir. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən iri bağlara tövsiyə xarakterli xəbərdarlıqlar olur ki, damcılı suvarma sistemindən istifadə etsinlər”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












