“AVT Logistics” Bakı və regionlarda yeni iş yerləri yaradır
Müəssisədə 92 əməkdaş fəhlədən mütəxəssis vəzifəsinə yüksəlib(®) Cənubi Qafqazın ən böyük anbarlarından birinə sahib olan “AVT Logistics” tədarük zəncirinin effektiv idarə olunması üçün insan kapitalını gücləndirir.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və əsas anbarları Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən müəssisədə son bir il ərzində Bakı üzrə 891 yeni iş yeri imkanı yaradılıb.
Müəssisənin Xaçmaz, Qax, Gəncə, Şəmkir, Ağcabədi, Göyçay, Lənkəran, Mingəçevir, Salyanda anbar və qəbul platformaları fəaliyyət göstərir. Təkcə 2023-cü ildə 10-dan çox bölgələrdə yaşayan əhali üçün 147 yeni iş yeri yaradılıb.
Şirkət karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə Fəhlədən İnkişaf Layihəsini (FİL) davam etdirir.
Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirmək məqsədi daşıyan Fəhlədən İnkişaf Layihəsində üç il ərzində 112 əməkdaş iştirak edib, onlardan 92 nəfər mütəxəssis vəzifəsinə yüksəlib.
Qeyd edək ki, layihədə iştirak edən əməkdaşlar təlimlər müddətində müvafiq vəzifənin tələb etdiyi nəzəri və praktik biliklərə yiyələnirlər. Proqram çərçivəsində logistika sahəsində fəhlə olaraq çalışan əməkdaşların bilikləri təkmilləşdirilərək müvafiq sahələr üzrə menecer, mütəxəssis və digər ixtisas tələb edən vəzifələrə sahib ola bilirlər.
“AVT Logistics” şirkətinin əsas strategiyası müştərilərin gözlənti və ehtiyaclarını qarşılayacaq təşkilati strukturun qurulması və effektiv logistika xidmətlərini təqdim edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





