Qazaxıstan prezidenti Rusiyanı sakitləşdirmək üçün açıqlama verib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, bəzi siyasi xadimlərin guya ölkəsinin Qərblə flört etmək və Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaqda ittihamlarının doğru olmadığını bildirib.
O, Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib: “Qazaxıstan anti-Rusiya deyil, biz dünyanın ən uzun sərhədi ilə bizi birləşdirən Rusiya ilə hərtərəfli əməkdaşlıq kursuna möhkəm sadiqik”.
Bundan başqa, Tokayev qeyd edib ki, Rusiya və Qazaxıstan arasında çoxillik ticarət və humanitar əlaqələr mövcuddur.
Tokayevin sözlərinə görə, sanksiyalar qlobal vəziyyətin sabitliyinin pozulması səbəbindən hazırda son dərəcə gərgin olan beynəlxalq münasibətlərin normallaşdırılması üçün yersiz vasitədir.
Bundan əlavə, o qeyd edib ki, Qazaxıstan sanksiyalara məruz qalan mallarla ticarət aparmıq və Rusiyaya paralel idxalda iştirak etmir. Bununla belə, ənənəvi malların ticarəti artır və Rusiya ilə ticarət dövriyyəsi 2022-ci ildə 25 milyard dollara çatıb.
Tokayev bir gün əvvəl Berlində səfərdə idi və kansler Şolzla birgə mətbuat konfransında Qazaxıstanın Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcəklərini və onlardan yayınmalara imkan verməyəcəklərini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









