Azərbaycanın sığorta tarixində ən böyük ödənişi həyata keçirildi
“Azərbaycan Sənaye Sığorta” ASC-dən rekord ödəniş: 25 milyon manat
“Azərbaycan Sənaye Sığorta” ASC ölkənin sığorta tarixində ən böyük ödənişi həyata keçirib.
27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə aid ərazidə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nın əmlak və mallarına ciddi ziyan dəymişdir.
Marja.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 milyon manat civarında ödəniş həyata keçirilib. Bu miqyasda ödəniş Azərbaycan sığorta tarixində bir ilkdir və rekord ödəniş sayılır.
Şirkətdən qeyd edilibki, ödəniş nizamnamə kapitalından iki dəfədən də artıq olmasına baxmayaraq, Şirkətin maliyyə dayanıqlığına heç bir təsir göstərməmişdir. Əksinə, 2023-cü ili 5 milyon manat mənfəətlə başa vurmaq hədəflənir. “Azərbaycan Sənaye Sığorta” ASC-nin rəhbərliyi bunu, təkrarsığorta siyasətinin doğru aparılması, qanunvericiliyin tələblərinə düzgün əməl olunması və dayanıqlı təkrarsığorta şirkətləri ilə əməkdaşlıq nəticəsində mümkün olduğunu qeyd edir.
Xərclərin optimallaşdırılması, sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər, şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir. Belə ki, “Azərbaycan Sənaye Sığorta” ASC-nin doqquz aylıq sığorta yığımları, ötən ilin on iki aylıq nəticələrini yeniləyərək, 14 milyon 500 min manata çatmışdır.
1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 milyon manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur.
Qeyd edək ki, "Azərbaycan Sənaye Sığorta" şirkəti "Azərsun Holdinq"ə yaxın şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
