Rusiya Mərkəzi Bankı ardıcıl beşinci dəfə faizini artırdı
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz bəndi də artıraraq illik 16%-ə çatdırıb.Rusiya Mərkəzi Bankı 2023-cü ildə sonuncu iclasında uçot dərəcəsini 1 faiz bəndi artıraraq illik 15%-dən 16%-ə qaldırıb.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı ardıcıl 5-ci dəfədir faiz artırır.
“Mövcud inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2023-cü ilin sonuna qədər illik inflyasiyanın 7-7,5% proqnoz diapazonunun yuxarı həddinə yaxın olacağı gözlənilir”, – Mərkəzi Bank qeyd edib.
Mərkəzi Bank 2023-cü ilin iyul ayında pul siyasətini sərtləşdirməyə başlayıb. Beş aydan az müddətdə uçot dərəcəsini illik 7,5%-dən 16%-ə yüksəldib. Dekabrın 15-də əsas uçot dərəcəsinin yenidən artırılması ilə bağlı verilən qərar bazar üçün sürpriz olmadı: Bazat Mərkəzi Bankın məhz bu variantı seçəcəyini gözləyirdi.
"Rublun yayda ucuzlaşmasının inflyasiyaya təsiri azalır", Rusiya Mərkəzi bankının sədri Nabiullina qeyd edib və əlavə edib: “Bu gün əsas qiymət artımı məzənnədən zəif asılı olan istehlak səbətinin komponentlərində baş verir. Məsələn, son 3 ayda mənzil-kommunal xidmətləri istisna olmaqla, xidmətlərin qiymətlərində artım illik ifadədə 14%-i ötüb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 d. əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
-
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
Hind rupisinə zərbə: Tarixi minimumda
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
Ən çox oxunanlar
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























