“Azərlotereya” 2023-cü il üzrə 63,2 milyon manat vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib.
ASC-nin yaydığı məlumatda bildirilir ki, 2023-cü ildə “Azərlotereya”nın satışdan gəlirləri 260 milyon 959 min manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 35 milyon 787 min manat təşkil edib.
2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2023-cü ilin sonu cəmi aktivləri 96,7 milyon manat təşkil edib. Şirkətin 2022-ci ilin sonunda cəmi aktivləri 87,7 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya”nın cəmi kapitalı 85 faiz artaraq, 29,3 milyon manata çatıb.
“Azərlotereya”nın 2023-cü il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 63.2 milyon manat təşkil edib. 2022-ci ildə bu göstərici 54.7 milyon manat olub.
Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















