Azərbaycanda ilk İlkin Kütləvi Təklif (IPO) - Sifarişlər qəbul edilir
11 iyun 2024-cü il tarixində ABB-nin səhmləri üzrə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mərkəzi Bankın baş direktoru Əli Əhmədov və Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov çıxış ediblər.
Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov öz çıxışında bildirib: “Mən ABB-nin kütləvi səhm yerləşməsinin uğurla başa çatacağına inanıram və investorları da emitentə və kapital bazarına inanmağa çağırıram. Ənənəyə sadiq, gələcəyə inamla!".
Abunə yazılışının müddəti 11.06.2024-10.09.2024 tarixi aralıqlarını əhatə edir. Sifarişlər, nominal qiymət 0,27 manatdan başlayaraq qəbul edilir. Səhmlərin minimum alış həcmi 100 ədəd, maksimum 75 000 ədəd olmalıdır. Abunə yazılışı prosesində iştirak etmək istəyən şəxslər ABB mobil üzərindən, Bakı Fond Birjasının üzvü olan 12 investisiya şirkətləri vasitəsilə və ABB-nin bütün filiallarına yaxınlaşaraq öz sifarişlərini verə bilərlər.
Abunə yazılışı başa çatdıqdan sonra qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcəkdir. Abunə yazılışı başa çatdıqdan 2 (iki) iş günü ərzində yerləşdirmənin keçirilmə vaxtı ictimaiyyətə açıqlanacaq və abunə yazılışı bitəndən 5 (beş) iş günü ərzində yerləşdirmə başlanacaqdır. Abunə yazılışı üzrə yerləşdirmə müddəti maksimum 7 (yeddi) iş günü təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü ildə “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz ABB-dir.
Regionun iqtisadi inkişafının təmin edilməsində və maraqlı tərəflərin kapital axınına çıxışının asanlaşdırılmasında strateji rol oynayan Bakı Fond Birjası bölgədəki iqtisadi sabitliyin və artımın əsasını təşkil edən bu səylərlə investorlar üçün etibarlılığı, emitentlər üçün əlçatanlığı təmin etməklə maliyyə bazarlarının inkişafını dəstəkləyir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























