"Azercell korporativ tariflərini yeniləyir – DAHA ÇOX DƏQİQƏLƏR, DAHA ÇOX İNTERNET
Azercell korporativ abunəçiləri üçün nəzərdə tutulan bir sıra paketlərində dəyişikliklər edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, nəticədə paketlərdə təqdim edilən internet həcmi kəskin artırılacaq, danışıq dəqiqələri çoxalacaq.
Beləliklə, sentyabrın 5-dən etibarən «Azercell»in korporativ abunəçiləri üçün nəzərdə tutulmuş «Biznes 10», «Biznes 16» və «Biznes 20» tarif paketləri ləğv ediləcək, onları «3GB Biznes» və «6GB Biznes» paketləri əvəz edəcək.
Yeni paketlərdə danışıq dəqiqələri və qiymətlər dəyişdirilərək daha sərfəli, abunəçilərin tələbatlarına uyğun hala gətirilib.
Məsələn, ölkədaxili 500 dəqiqə və cəmi 0,5 GB interneti olan «Biznes 10» tarif paketini əvəz edən «3GB Biznes» tarifində ölkədaxili dəqiqə sayı 700-ə qaldırılıb, internetin həcmi isə 6 dəfə artırılaraq 3 GB-a çatırılıb.
Bundan başqa, indiyədək qüvvədə olan 20 manatlıq «Biznes 20» paketi ölkədaxili 2000 dəqiqə və cəmi 2GB internet təklif edirdisə, yeni «6 GB Biznes» tarif paketi şirkətdaxili limitsiz danışıq, 1300 ölkədaxili dəqiqə və 6 GB internet təklif edəcək, üstəlik paketin qiyməti də azaldılacaq.
Korporativ abunəçilərinin biznes fəaliyyətini dəstəkləməyi hədəfləyən Azercell bu tariflər çərçivəsində şirkətdaxili danışıqları ödənişsiz əsaslarla təqdim edir.
Eyni zamanda, «Azercell» korporativ abunəçiləri üçün nəzərdə tutulmuş internet paketlərini də dəyişir. İnternet paketlərinin həcmi artırılacaq, qiyməti isə daha sərfəli olacaq. Belə ki, korporativ abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş 1 GB, 5 GB, 10 GB, 50 GB internet paketləri ləğv ediləcək. Sentyabrın 5-dən etibarən onları 2 GB, 7 GB, 14 GB və 55 GB paketləri əvəz edəcək. Paketlərin adından da göründüyü kimi, yeni paketlərdə internet həcmi kəskin artırılıb, qiymətlər isə cüzi artırılıb. Belə ki, 1 GB internet paketi 4 manata olduğu halda, qiyməti 6 manat olan 2 GB internet paketi əvəz edib – yəni bura daxil olan 1 GB internetin qiyməti 4 manatdan 3 manata enib. 5 GB paketin 7 GB paketi ilə əvəz edilməsi nəticəsində bu paketə daxil olan GB-ların qiyməti 1,6 manatdan 1,4 manata enib və sair.
Başqa sözlə, «Azercell»in paketlərindəki bu yeniliklər hazırda abunəçilərin ən çox istifadə etdiyi internetin həcminin artması, qiymətinin isə azalması ilə müşayiət olunub.
Sözügedən paketlərin populyarlığını nəzərə aldıqda, bu dəyişikliklərdən «Azercell Biznesin» korporativ istifadəçilərinin böyük bir qismi faydalana biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 14 d. əvvəl
- 38 d. əvvəl
-
47 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
51 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı


















.jpg)

