Qlobal bazarlarda ABŞ-da açıqlanacaq inflyasiya məlumatı diqqət mərkəzindədir
Qlobal bazarlar Donald Trampın yeni dövrdə aparacağı siyasətlərdən narahat olsa da, çərşənbə günü ABŞ-da inflyasiya məlumatlarının açıqlanması gözlənilir.
Çin administrasiyası problemli mənzil bazarını canlandırmaq üçün böyük şəhərlərdə mülkiyyət sənədi vergilərini azaltmağa hazırlaşır. Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bahalaşan Bitcoin-in qiyməti bu dəfə 89 min dolları keçib. Dünən tətil səbəbiylə bağlanan ABŞ istiqraz bazarları eniş trendindədir. JPMorgan, S&P 500-ün Trampın prezident seçkilərindəki qələbəsindən sonra ilin sonuna doğru daha güclü yüksələcəyini gözləyir.
Marja xəbər verir ki, həftənin ilk ticarət günündə Wall Street indeksləri yüksəlib. S&P 500 bazar ertəsi 0,1 faiz artımla bağlanaraq 6 000 səviyyəsini keçərək bu il 51-ci rekordunu qırıb. Dow Jones 0,7 faiz dəyər qazanıb, Asiya fond indekslərinin əksəriyyəti Trampın ehtimal gündəminin və möhkəmlənən dolların region iqtisadiyyatlarına təsirini qiymətləndirdikcə aşağı düşür. Regional indekslər bazar ertəsi ardıcıl beşinci gün ABŞ fond bazarlarının yüksəlişindən dəstək tapmasa da, itkilərə Tayvan və Honq Konq başçılıq edir.
Bloomberg-in dollar göstəricisi son bir ilin ən yüksək səviyyəsinə qalxıb. Tətildən qayıtdıqdan sonra satışla qarşılanan ABŞ istiqrazları dolların bahalaşmasına dəstək verib. İnkişaf etməkdə olan Asiya ölkələrinin valyutaları dollara nisbətdə zəifləyiblər. Ən çox Tayland bahtı və İndoneziya rupisu ucuzlaşıblar. Çin səhmləri mənzil bazarında vergiləri azaltmaq planlarından müəyyən dəstək alıb. Bloomberg Intelligence-in mənzil inşaatçılarının səhmlərini izləyən göstərici xəbərdən sonra 0,3 faiz bahalaşdıqdan sonra yenidən düşüb.
Bu gün Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvləri Olli Rehn, Mario Centeno və Piero Cipollone çıxış edəcəklər. Bu gün Fed rəsmiəri Kristofer Uoller, Tom Barkin və Neel Kashkari də çıxış edəcəklər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
